16 sentyabr Azərbaycan Respublikasının bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ilinin başlanması qeyd edildi.

16 sentyabr Azərbaycan Respublikasının bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ilinin başlanması qeyd edildi.

Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəb də bu günü qeyd etdi. Məktəbin UBTR-i Aynur Qənbərovanın təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Bayrağı Bayatı-Şirazın sədaları altında meydana gətirildi, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri məktəbimizin direktoru Nurqələm xanım Bayramova açıq elan edərək hərkəsi salamladı və səmimi qəlbdən təbrik etdi. O keçən tədris ilindəki nailiyyətlərdən danışdı, yeni tədris ilində daha böyük uğurlar qazanacağımıza inandığını söylədi. Direktorun çıxışından sonra məktəbimizin şəhid məzunlarının xatirəsi gözəl çıxışlarla yad edildi. Tədbirimiz birincilərin şeir payları, rəqs nümunələri , mahnıları ilə davam etdi.

Sonda ilk zəng səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi