Şəhidimizin ildönümünü qeyd edildi.

19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan Silahlı Qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma başladı.

24 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı.

Hərbi əməliyyatlar zamanı regionda 400-dən çox şəxs həyatını itirdi. Onlar arasında məktəbimizin məzunu İsmiyev Zeynal Mustafa oğlu da vardı.

Zeynal 2 iyul 2005-ci ildə Lənkəran şəhərində anadan olub. 58 günün əsgəri, bir günlük əməliyyatın ən gənc şəhidi kimi tarixə düşüb. O, 20 sentyabr 2023-cü ildə Xocavənd rayonunda şəhid olub.

20.09.2024-cü il tarixində məktəbimizdə İsmiyev Zeynalın adını daşıyan 6 "d" sinfi, ana dili müəllimi Hüseynzadə Ayşənin rəhbərliyi ilə şəhidimizin ildönümünü qeyd etdi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şagirdlərin ifasında şeirlər səsləndi.

21 sentyabr tarixində şəhidin məzarı ziyarət olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi