Məktəblilərin ulu öndərə həsr olunmuş yaradıcılıq sərgisi

Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş yaradıcılıq sərgisi keçirildi. Sərgidə məktəbin direktoru Nurqələm Bayramova, direktor müavinləri, müəllimlər, şagirdlər və valıideynlər iştirak etdilər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nurqələm Bayramova qonaqları salamlayıb, bu kimi tədbirlərin istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rolu olduğunu bildirdi.  Ümummilli liderin xatirəsinə həsr olunan sərgini yüksək dəyərləndirən məktəb rəhbəri məktəbliləri Azərbaycan xalqının xilaskarı olan Heydər Əliyev irsini daha dərindən öyrənməyə və ondan bəhrələnməyə çağırdı.

Qeyd edək ki, tədbirin əsas məqsədi yaradıcılığın müxtəlif  sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onlarda  Vətənə məhəbbət, dostluq, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət  hisslərini aşılamaq, bədii-estetik zövqü, həmçinin, yaradıcı düşüncəni inkişaf etdirməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi