Məktəbdə nümunəvi siniflər seçildi

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planının icrası ilə əlaqədar olaraq Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə nümunəvi siniflərə Milli Qəhrəmanların adı verildi. Nümunəvi sinif seçərkən ilk öncə həmin sinfin məktəbli forması, dərsə davamiyyəti, səliqəsi, monitorinqlərin, “Bilik yarışları”nın, olimpiadaların nəticələri, tədbirlərdə fəallıqları, ekskursiyalar, idman yarışları, məktəbdaxili fəaliyyətləri nəzərə alındı. İlk öncə 7a sinfi seçildi və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adına layiq görüldü.
Şagirdlər sinifdə “Mübariz İbrahimov” adlı guşə hazırladılar, məktəbin həyətində “Mübariz bağçası” yaratdılar.
Sonda təntənəli surətdə andiçmə mərasimi keçirildi. Şagirdlərə Mübariz İbrahimov adı ilə bağlı yaxalıqlar taxıldı. Onlar bu adı şərəflə daşıyacaqlarına söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi