İngilis dili fənni üzrə "Bilik yarışı" keçirildi

 Bakı şəhəri, Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi Dadaşova Raisə və Eldarova Zümrüdün təşkilatçılığı ilə 4-cü siniflər arasında "Bilik yarışı" keçirildi. "Bilik yarışı"nda məktəbin direktoru Nurqələm Bayramova, direktor müavini Cəfərov Məmməd, ingilis dili üzrə metodbirləşmə rəhbəri Qurbanova Elnarə, ingilis dili müəllimləri və valideynlər iştirak etdilər. Kamandaları qiymətləndirmək üçün ingilis dili müəllimlərindən ibarət münsiflər heyəti təşkil olundu. Heyəti Kərimova Gövhər, Səlimova Nelli, Həsənova İlhamə təmsil edirdi.

 "Bilik yarışması"nı keçirməkdə məqsəd şagirdlərin ingilis dilində yaradıcı təfəkkürünü inkişaf etdirmək, tədqiqatçılıq bacarığını formalaşdırmaq, şagirdlərdə xarici dilə marağı artırmaq və bu fənnə həvəslə yanaşmaqdan ibarətdir. Yarışmanın açılışı "Good morning" mahnısı ilə başladı. Yarışma zamanı şagirdlərə müəyyən vaxt çərçivəsində müxtəlif mövzularda krassvordlar, qrammatik tapşırıqlar, bir-birindən maraqlı oyunlar, mahnılar və tapmacalar təqdim olundu. Yekunda hər kamanda münsiflər tərəfindən xalla qiymətləndirildi. Yarışmanın sonunda əldə olunmuş xallar hesablandı və qalib kamandalara hədiyyələr təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi