"Maliyyə savadlılığı" adlı tədbir keçirildi

20 aprel 2019-cu ildə Bakı şəhəri Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbin psixoloqu Gülşən Zeyniyevanın təşkilatçılığı ilə "Maliyyə savadlılığı" adlı tədbir təşkil edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nurqələm Bayramova bildirdi ki, maliyyə savadlılığı əhalinin maddi rifahı, habelə ölkənin iqtisadi artımı və sabitliyi üçün vacib bir elementdir.

Tədbirdə Bakı Şəhər Təhsil İdarəsinin Ümumi Təhsil sektorunun nümayəndəsi Fərman Abdullayev, Xətai rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Gənclər və İdman İdarəsinin rəis müavini Əmirbəyova Zemfira, "Savalan" qəzetinin baş redaktoru Eldar Əliyev, Azərbaycan Respublikasının Mərkəzi Bankının, Azərbaycan Banklar Assosiasiyasının, Bank Respublikanın əməkdaşları iştirak edirdi.

Tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Rövşən Qəniyev, Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov, Bank Respublikanın Marketinq Kommunikasiyası Şöbəsinin rəisi Çingiz Əsədov çıxış etdilər. Maliyyə savadlılığı haqqında şagirdləri məlumatlandırdılar.

Daha sonra şagirdlərin təqdimatında “Halal pul”, “Büdcə”, “Siğorta”, “Pul, pul tarixi”, “Bank” adlı səhnəciklər, rəqslər göstərildi. “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində məktəb şagirdləri arasında keçirilən rəsm sərgisinin qalibləri bank əməkdaşları tərəfindən hədiyyələrlə mükafatlandırıldı.

Tədbirin sonunda məktəbin psixoloqu Gülşən Zeyniyeva öz çıxışında tədbirin məqsədi barədə məlumat verdi. Bildirdi ki, dövlət başçısının təşəbbüsü ilə respublikamızda bir sıra maliyyə savadlılığı barədə məlumatlandırıcı tədbirlər keçirilir. Ümumiyyətlə, maarifləndirməyə məktəb yaşlarından başlamaq, şagirdlərə uzunmüddətli maliyyə planlaşdırılmasının xüsusiyyətlərini izah etmək şagirdlərin həyata hazırlanmasında böyük əhəmiyyət kəsb edir. Psixoloqlar və mütəxəssislərin fikrincə, uşaqlara kiçik yaşlarından pul haqqında danışmaq, pulla necə rəftar etməyi öyrətmək lazımdır. Çünki bu onların gələcəkdə sərbəst həyata qədəm qoyduğu zaman şəxsi büdcə planlaşdırmaqda, ailə büdcəsi planlaşdırmaqda böyük rol oynayır.

Tədbir İctimai Televiziyası tərəfindən işıqlandırıldı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi