Gəncə və Gürcüstan bölgəsi haqqında təqdimat keçirildi

 Bakı şəhəri Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə Aynur Həsənovanın təşkilatçılığı ilə Gəncə bölgəsinin təqdimatı keçirildi. Tədbir baba ilə nəvənin Gəncəyə səyahətini əks etdirən səhnəciklə təqdim edildi. Gəzinti zamanı baba nəvəsinə Gəncə haqqında maraqlı məlumat verdi. Səhnəcik zamanı Gəncənin ziyarət ocaqlarına gedib ibadət etdilər, məhəllələrdə gəzərkən Gəncə ləhcəsində danışan insanlarla görüşüb "Butulka ev" haqqında məlumat öyrəndilər, möhtəşəm "Zəfər tağı"na ziyarət edərkən ərəb, rus və ingilis turistlərlə rastlaşıb onların təəssüratlarını öyrəndilər, Kəpəz dağının parçalanaraq gölləri yaratması səhnəsinin canlı şahidi oldular. Gəncənin elmi nümayəndələri, Gəncə haqqında mahnılar və videoçarxlar verildi.

    Tamilla Qasımovanın təşkilatçılığı ilə Gürcüstan bölgəsi təqdim edildi. Aparıcılar rayon haqqında məlumat verdilər. Bölgənin toy adət-ənənələri video şəklində göstərildi, Xıdır Nəbi haqqında ətraflı məlumat verildi. Gürcüstanlı şagirdlər səhnəcik göstərdilər, gürcüstanlıların qonaqpərvərliyi əks olundu, samovar çayı verildi. Sonda aşıq gələrək tədbirə rəng qatdı.

 Tədbirdə Bakı Şəhər Təhsil İdarəsinin Ümumi Təhsil sektorunun nümayəndəsı Fərman Abdullayev, məktəbin direktoru Nurqələm Bayramova, direktor müavinləri, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdi. Fərman Abdullayev səhnəcikdən məmnun qaldığını bildirdi. Əyani şəkildə göstərilən səhnəcik , videoçarxlar onlara yeni bilgi verdi və bölgə haqqında bilmədiklərini də öyrənmiş oldular. Nurqələm Bayramova səhnəcik haqqında öz təəssüratlarını bildirdi. Tədbirin təşkilatçılarına təşəkkür etdi. Direktor müavini İlqar Məmmədov Gürcüstan haqqında şeir söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi