"Novruz ənənələri" adlı tədbir

Bakı şəhəri Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Məmmədova Ceyran 4c sinif şagirdləri ilə birlikdə "Novruz ənənələri" adlı tədbir keçirtdi. Tədbirdə məktəbin direktoru Nurqələm Bayramova, direktor müavinləri müəllimlər işirak etdilər.Tədbirdə əvvəlcə Novruz bayramının yaranması, tarixi barədə məlumat verildi. Daha sonra Novruza aid qədim adət-ənənələrimiz əyani şəkildə şagirdlər tərəfindən nümayiş etdirildi.