Kiçik akademiyanın üzvləri Xocalı qurbanlarını yad etdilər

Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın üzvləri Xocalı soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad etdilər. Məktəbin biologiya müəllimi Əliyeva Südabənin təşkilatçılığı ilə şagirdlər "Dəyirmi masa" ətrafında toplaşdılar. Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş dəhşətli gecənin video görüntülərini izlədilər, çıxışlar dinlənildi. Akademiyanın üzvü İsayeva Nuranə ingilis dilində hazırladığı mətni oxudu və faciəni təsvir edən rəsmlər təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi