“Xocalıya ədalət, gələcək üçün ibrət”

Xətai rayon Allahverdi Xəlilov adına 263 saylı tam orta məktəbin müəllim və şagird kollektivi tərəfindən Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş “Xocalıya ədalət, gələcək üçün ibrət” adlı tədbir hazırlamışdır.Məkətəbyanı sahədə 24 ağac əkilmiş, Xocalı faciəsinə həsr olunmuş 24 inşa yazılmış,24 divar qəzeti hazırlanmış,24 rəsmnən ibarət sərgi təşkil olunmuşdur. Xocalı Soyqırımının 24-cü ildönümü ilə əlaqədar məktəbin akt zalında hazırlanmış ədəbi bədii xatirə gecəsi keçirildi.Tədbirə soyqırımın şahidi olanlar da dəvət olunmuşdurTədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Sonra Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Məktəblilərin ifasında “Xocalı faciəsi”ndən bəhs edən səhnəciklər göstərildi,şeirlər səsləndirildi.Ardınca tədbir iştirakçılarına “Xoca” filmi nümayiş olundu.26 fevral tarixində məktəbdə ilk dərs “Xocalı Soyqırımı-XX əsrin faciəsi”mövzusuna həsr olunmuşdur.Məktəbin direktoru N.Q.Abbasov və 100 nəfərdən ibarət müəllim şagird kollektivi ”Ana fəryadı”heykəlini ziyarət etmişlər.Kollektiv Xocalı qurbanlarının xatirəsinə ucaldılan abidənin önündən keçərək qərənfillər düzmüş və şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi