“Xoş günləriniz 1 milyona vurulub daim çoxalsın” adlı “Açıq dərs” təqdim edildi

Xətai rayonu 263 nömrəli tam orta məktəbin 2e sinif rəhbəri İlahə Məmmədova “Xoş günləriniz 1 milyona vurulub daim çoxalsın” adlı “Açıq dərs” təşkil etdi. Dərs müasir təlim metodları ilə təqdim olundu. Fəal dinləmə, tapşırıqların yerinə yetirilməsi, əməkdaşlıq müəllimin peşəkarlığı nəticəsində uğurlu alındı.

“Açıq dərs”də məktəbin direktoru Nurqələm Bayramova, direktor müavini Nərgiz Bədəlova və ibtidai sinif müəllimləri iştirak etdilər. Nurqələm Bayramova dərsin sonunda qeyd etdi ki, İbtidai sinif şagirdlərinin həvəsini artırmaq məqsədilə İKT-dən istifadə edilməklə keçirilən dərslər müasir dövrün tələbi olmaqla bərabər, həm də şagirdlərin dərsə marağını artırır. Bu məqsədlə bütün şagirdlərin və müəllimin uğurlu dərsi təqdim etdiklərinə görə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi