Paralel siniflər arasında "Bilik yarışı" keçirildi

 263 nömrəli tam orta məktəbin paralel sinifləri arasında “Bilik yarışı” keçirildi. Bilik yarışının əsas məqsədi şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü və ayrı-ayrı mövzularda biliklərini artırmaq, məktəblilərin yaradıcı inkişafına təkan vermək və onlara özünüifadə vərdişlərini aşılamaqdan ibarətdir.

 Yarışda komandalar, hər biri 1 sualdan ibarət olmaqla, 3 mərhələdə yarışıblar.

 İntellektual oyunun nəticələri münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Ballar hesablanaraq qalib komandalar seçilib. Məktəbin direktoru Nurqələm Bayramova və direktor müavini İlqar Məmmədov da yarışda iştirak ediblər. Qalib komandalar Fəxri fərmanla təltif ediliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi