Məktəblilər “BakuBus” MMC-də

“Gələcəyin sərnişinləri” layihəsi çərçivəsində “BakuBus” MMC-də növbəti tədbir təşkil edilib.

Layihə çərçivəsində, 263 nömrəli tam orta məktəbin 3a sinif şagirdləri sinif rəhbəri Ayşən Bəxtiyarovanın təşkilatçılığı ilə “BakuBus” MMC-də olublar.

Məktəblilərə əvvəlcə Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən işlər, əldə olunan uğurlar, sərnişinlərə göstərilən xidmət haqqında ətraflı məlumat verilib. Təlimatçı-müəllimlər tərəfindən şagirdlərə ictimai nəqliyyat vasitələri haqqında ətraflı məlumat verilib, əyani vasitələrlə ictimai nəqliyyatda təhlükəsizlik qaydaları izah olunub. Məktəblilər üçün yol hərəkəti qaydalarından bəhs edən slayd və cizgi filmi nümayiş olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin, məktəblilərə Bakı Nəqliyyat Agentliyinin maarifləndirici vəsaitləri təqdim olunub. “BakuBus” MMC-yə məxsus avtobusla məktəblilərin gəzintisi təşkil edilib.

Qeyd edək ki, “Gələcəyin sərnişinləri” layihəsinin əsas məqsədi məktəblilərə ictimai nəqliyyatdan, o cümlədən “BakuBus” avtobuslarının xidmətlərindən təhlükəsiz və rahat istifadə qaydalarını öyrətmək, eyni zamanda, onlara nümunəvi sərnişin keyfiyyətlərini aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi