Elektron sınaq qiymətləndirmə layihəsinə start verildi

 Yeni fənn kurikulumlarının tətbiqində məktəbdaxili qiymətləndirmənin rolunun daha da artırılması, kurikulum standartlarının məqsədlərinə uyğun qiymətləndirmə meyarlarının hazırlanması və qiymətləndirmənin təşkili məqsədilə 263 nömrəli tam orta məktəbdə elektron sınaq qiymətləndirmə layihəsi tətbiq edildi. Bu qiymətləndirmə nəticələrinə əsasən şagirdin, sinfin və məktəbin elektron portfoliosunun hazırlanması təmin edildi və elektron sistem vasitəsilə məktəb direktoru, müəllimlər, valideynlər üçün şəxsi səhifə yaradıldı və dərs ili boyu şagirdlərin qiymətləndirmə nəticələrinin inkişaf dinamikasının izlənilməsinə imkan yaradıldı.

 Elektron sınaq qiymətləndirmə məktəbin informatika laborantı Aynur Həsənovanın təşkilatçılığı ilə mərhələli şəkildə paralel siniflər arasında təşkil edildi. Monitorinqlərin elektron qaydada təşkili şagirdlərin marağına səbəb oldu. Məktəb direktoru Nurqələm Bayramova şagirdlərin elektron sınaq qiymətləndirməsini izləyərək onları imtahan qaydaları ilə tanış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi