Bayraq qürur mənbəyimizdir

 263 nömrəli tam orta məktəbdə 9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirildi. Məktəbliləri milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə etmək məqsədilə məktəbin hərbi rəhbəri Əliyev Səməd və uşaq birliyi rəhbəri Aynur Qənbərovanın təşkilatçılığı ilə "Bayraq qürur mənbəyimizdir" adlı yürüş keçirildi. Məktəbin direktoru Nurqələm Bayramova Dövlət Bayraq Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırıb, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə etdi.

 Şagirdlər bayrağı məktəbyanı sahədə dalğalandıraraq öz bayram sevinclərini oxuduqları mahnılar, söylədikləri şeirlərlə, nümayiş etdirdikləri kompozisiyalarla ifadə etdilər, Azərbaycan bayrağına daim sadiq qalacaqlarına and içdilər, üçrəngli milli bayrağımızın tezliklə doğma Qarabağımızın səmasında dalğalanacağına əminlik ifadə etdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi