"20 YANVAR-QAN YADDAŞIMIZ"

Bu gün 263 nömrəli məktəbdə 20 Yanvar faciəsinin ildönümü anıldı. Bütün siniflərdə birinci dərslər həmin qanlı gecəni, vətən uğrunda düşmənin yolunu əliyalın kəsən igidlərimizi, şəhidlərimizi anmağa həsr olunmuşdu. Bundan başqa, məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət stend hazırlanmışdı. Məktəbin akt zalında anım günü ilə bağlı 3-cü sinif şagirdlərinin hazırladığı tədbir keçirildi.3-ci sinif şagirdləri tərəfindən şeirlər, musiqilər, mövzunu özündə əks etdirən səhnəciklər təqdim edildi.Məktəbin direktoru Nəsimi Abbasov öz çıxışına bu körpə balaların çıxışından təsirlənərək sanki o ,faciəni biz deyil bu körpələr öz gözləri ilə görmüşlər deyərək başladı.Məktəb rəhbəri "Qanlı 20 YANVAR gecəsi"ndən öz gözləri ilə gördüklərindən danışdı.20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi. Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi... Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada 3 gün matəm elan olunmuşdu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi. ""20 YANVAR-QAN YADDAŞIMIZ" həmdə qəhrəmanlıq salnaməmizdir..
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi