Məktəbdə "Şagird həftəsi" layihəsi keçirildi

Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbin uşaq birliyi rəhbəri Aynur Qənbərovanın təşkilatçılığı ilə oktyabrın 22-də  “Şagird həftəsi” layihəsinə start verildi. Aynur Qənbərova məktəbin radioqovşağı vasitəsilə bu layihə haqqında ətraflı məlumat verdi. O öz çıxışında bildirdi ki, təhsil millətin gələcəyinin özülüdür. Hər bir təhsilli insan dövlətini, millətini, xalqını digər ölkələrdə öz savadı ilə təmsil edə bilər. Təhsil partadan başlayır, amma sonu yüksək vəzifələrdə bitir. Hər bir şagirdin qarşısına qoyduğu məqsəd var və bu məqsəd uğrunda çalışıb-vuruşur. Kimisi məktəb direktoru, kimisi Təhsil naziri, kimisi biznesmen olmağı qarşısına məqsəd qoyur. Bugün həmin arzuları gerçəkləşdirmək günüdür.

 “Şagird həftəsi” layihəsinin birinci günü şagirdlər məktəb direktoru, direktor müavinləri, uşaq birliyi rəhbəri, psixoloq, hərbi rəhbər vəzifələrini öz aralarında bölüşdürərək məktəbi idarə etdilər.

Direktor və direktor müavinləri olaraq onlar siniflərdə olmuş, müəllimlərin icmalı, proqramı, qiymətləndirmə jurnallarını yoxlamışlar və bir neçə siniflərdə dərs dinləmədə iştirak etmişlər. Uşaq Birliyi Rəhbəri və hərbi rəhbər olaraq siniflərə getmiş, şagirdlərin geyiminə, gündəliklərin yazılmasına, davamiyyətə diqqət yetirmişlər. Təşkilatçı direktor müavini olaraq valideynləri qəbul etmiş, onların problemlərinin həlli yollarını araşdırmışdır. Psixoloq olaraq şagirdlərlə söhbətlər aparmış, anonim sorğular keçirmişdir. Təsərrüfat işləri üzrə direktor müavini olaraq siniflərə getmiş, problemli siniflərlə maraqlanmış, təmiz və səliqəli otaqlara görə şagirdlərə təşəkkür etmişdir.

 Layihənin ikinci günü şagirdlər siniflərdə müəllim kimi fəaliyyət göstərərək sevdikləri fənni tədris etmişlər. Məktəbin müəllimləri isə dinləyici qismində şagirdin fəaliyyətini izləmişdir.

 “Şagird həftəsi” layihəsinin üçüncü günü isə şagirdlər Xətai Rayon İcra hakimiyyətinə ekskursiya edərək icra başçısının müavini Jalə Abdıyeva, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanovla görüşmüşlər.

 “Şagird həftəsi” layihəsi şagirdlərə müsbət təsir etmiş, onlarda özgüvən hissini daha da formalaşdırmışdır. Onlara özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətləri aşılamış, onların peşə məsuliyyətini dərk etməsinə köməklik göstərmiş, məktəblilərin ixtisas seçimi zamanı geniş məlumat almalarına şərait yaratmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi