Müstəqilliyin 27-ci ildönümü qeyd olundu

 Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirilib.Məktəbin uşaq birliyi rəhbəri Aynur Qəmbərovanın təşkilatçılığı ilə fotostendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.

Məktəbin tarix müəllimi Balayeva Təranənin təşkilatçılığı ilə 11e sinif şagirdləri tədbir hazırladılar.Tədbirdə məktəbin direktoru Nurqələm Bayramova, direktor müavinləri ,müəllimlər və şagirdlər iştirak etdi. 

Müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayan direktor ölkəmizdə qazanılan nailiyyətlərdən danışıb.

Tədbirdə şagirdlər vətənpərvərlik mövzularında mahnılar ifa edib, şeirlər söyləyiblər.

Dövlət müstəqilliyimizin bərpasından sonra respublikamızın sürətli inkişafından bəhs edən videoçarx nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi