Beynəlxalq Müəllimlər Günü qeyd edildi

 Bakı şəhəri Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə oktyabrın 5-də məktəbin uşaq birliyi rəhbəri Aynur Qənbərovanın təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru, pedaqoji heyəti və şagirdləri iştirak etdi.

 Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Bayramova Nurqələm bildirdi ki, Beynəlxalq Müəllimlər Günü UNESKO-nun qərarı ilə 1966-cı ildən bayram günü kimi qeyd olunur. Ölkəmizdə isə 1993-cü ildən qeyd edilir. Ümummilli lider Heydər Əliyevin işlədiyi bütün dövrlərdə müəllim əməyinə daha da yüksək qiymət verilmişdir.

 Daha sonra isə məktəbin direktoru tədris ili müddətində göstərdiyi yüksək fəaliyyətə görə fərqlənən müəllimlərə Fəxri fərman verdi və hər bir müəllimi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik etdi, fəaliyyətində uğurlar arzuladı.

 Tədbirdə şagirdlər müəllim, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi