“Bilik günü” münasibəti ilə tədbir keçirildi

 15 sentyabr  “Bilik günü” münasibətilə Bakı şəhəri A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə uşaq birliyi rəhbəri Aynur Qənbərovanın təşkilatçılığı ilə tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra məktəbin direktoru Nurqələm Bayramova tədbirdə iştirak edənləri “Bilik günü” münasibətilə təbrik etdi, keçən dərs ilində əldə edilmiş uğurlardan danışdı və bu uğurların davamını arzuladı.

 Tədbirdə Xətai rayonu Gİİ rəis müavini Zemfira   Əmirbəyova, Xətai rayon Bələdiyyə üzvü Nərminə Hacıyeva, Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi Fərman Abdullayev də iştirak ediblər. Onlar da yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib uğurlar arzulayıblar.

 Sonra məktəblilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi