Məktəbdə "Son zəng" tədbiri keçirildi

İyunun 14-də Xətai rayonu 263 nömrəli tam orta məktəbdə məzunlar üçün “Son zəng” çalınıb.

 Tədbirdə Məktəbin direktoru Nurqələm Bayramova, Gənclər İdman İdarəsinin rəis müavini Zemfira Əmirbəyova, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

 Tədbirdə məktəb məzunları və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib. “Son zəng” tədbiri məktəbin daxilində keçirilib və müvafiq müddət ərzində başa çatıb.

 Qeyd edək ki, 2017-2018-ci tədris ilində məktəbin XI sinfini 79  nəfər bitirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi