Bayrağa Sədaqət Andı

  Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə iyunun 1-də "İnnovativ Təşəbbüslər" İctimai Birliyinin təşəbbüsü, Müdafiə və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Milli Ordunun yaranmasının 100-cü ildönümünə və 1 iyun Uşaqların Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Məktəbin ibtidai sinif müəllimi Ağayeva Yeganənin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində ordu quruculuğu haqqında çıxışlar dinlənmiş, şagirdlər "Bayrağa Sədaqət Andı" içmiş və tədbir şagirdlərin mahnı və şeir parçaları ilə davam etmişdir. Tədbirin sonunda şagirdlərdə vətənpərvərliyin gücləndirilməsi istiqamətində görülən işlərdə yaxından iştirak etdiyi üçün məktəb kollektivinə "Təşəkkürnamə" təqdim edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi