"Sağlam gələcək, sizinlə gələcək!" adlı tədbir

 Uşaqların Beynəlxalq Müdafiəsi gününün 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demokratik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.

Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə mayın 31-də Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə psixoloq Zeyniyeva Gülşənin təşkilatçılığı ilə tədbir-fləşmob keçirilmişdir.Tədbirin təşkilində Vəliyeva Rasimə və Ağayeva Nəzakətin də xüsusi rolu olmuşdur. Tədbir məktəbin direktoru Nurqələm xanımın giriş sözü ilə başlamışdır. O, Azərbaycan uşaqlarının zəngin mənəvi dəyərlərə malik olduğunu vurğulayıb və bildirib ki, ölkədə uşaqların təhsili, tərbiyəsi ilə bağlı dövlət səviyyəsində genişmiqyaslı iş aparılır. Uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Nurqələm xanım xüsusi olaraq vurğuladı ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, vitse prezidenti  Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.

 Tədbir balacaların rəqsi və ifalarından sonra nağara sədaları altında "Yallı" rəqsi ilə yekunlaşmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi