"28May- Respublika günü" adlı tədbir

May ayı Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür.

 Bu münasibətlə 263 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ələsgərova Nərminə və Məmmədova Gülüstanın təşkilatçılığı ilə "28May- Respublika günü" adlı tədbir keçirildi. Bayramsayağı bəzədilmiş akt zalında keçirilən tədbiri məktəbin direktoru Nurqələm Bayramova  açaraq qonaqları salamladı. Daha sonra tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi