Riyaziyyat fənnindən "Açıq dərs" keçirildi

 Təlimin əsas təşkili forması olan dərs müəllim əməyinin elmi-metodiki və praktik cəhətlərini özündə ehtiva edir. Buna görə müəllim fəal təlim mexanizmlərindən səmərəli istifadə etməyə nail olmaq üçün texnoloji bacarığa malik olmalıdır.

 263 nömrəli tam orta məktəbin 3b sinif rəhbəri Rasimə Vəliyeva riyaziyyat fənnindən "Açıq dərs" təşkil etdi. İnteraktiv oyunlarla hazırlanmış dərsdə şagirdlər həm əylənir, həm də öyrənirdilər. Dərsdə məktəbin direktoru Nurqələm Bayramova başda olmaqla direktor müavini, məktəbin ibtidai sinif müəllimləri və məktəbin psixoloqu da iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi