Nəbatat bağına ekskursiya

 Botanika bağları qədim informasiya şəbəkələrindən biridir. Hazırki dövrdə əhəmiyyətli sort və növlərin böyük hissəsi botanika bağlarının kolleksiyasında toplanmışdır. Məktəbəqədər, məktəbli və tələbələr üçün bitkiləri tanıtmaq məqsədilə bu bağda ekskursiyalar təşkil olunmaqdadır. Bələdçilərin yoldaşlığında reallaşan bu turda, üzərinə basıb ötdüyümüz  bitkilərin əslində dünyamız üçün nə qədər böyük bir əhəmiyyəti olduğunu görürük. Şəhərimizin ən yüksək nöqtəsində, dəniz səviyyəsindən 105-135 m hündürlükdə yerləşən Mərkəzi Nəbatat Bağı, Bakının yaşıl zonasına daxil olaraq, onun ekoloji baxımdan təmiz mədəni mərkəzlərindən biri hesab olunur və həmçinin mədəni-maarif ocağı kimi biologiya elminin nailiyyətlərini əhali arasında təbliğ edir.

 Məktəbin 1e sinif şagirdləri sinif rəhbəri Məmmədova İlahənin təşkilatçılığı ilə istirahət günündə Nəbatat bağına ekskursiya etmiş zəngin təbiətimizlə tanış olmuşlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi