Beynəlxalq Muzeylər Günü

 Vətən deyəndə, gözümüzün qarşısında rəngarəng çalarlı bir aləm canlanır. Bu aləmi gənc nəslə çatdırmaq üçün uşaq və yeniyetmələr vətənin seyrinə çıxmalıdırlar. Buna görə də, vətənimizin təbii, maddi, mədəni, mənəvi sərvətlərini öyrənmək üçün ekskursiyalara, turizm səyahətlərinə çıxmalı, müxtəlif tarixi yerlərə getməli, xalqımızın qəhrəmanlıq nişanələrini qoruyub saxlayan abidələri, müqəddəs yerləri, elm və mədəniyyət xadimlərini, vətən uğrunda şəhid olmuşların abidələrini görməli, onlar haqqında söhbətlər dinləməlidirlər.
 Muzeylər mənəvi sərvətlərlə bərabər, maddi mədəniyyət abidələrini sistemləşdirən, qoruyub saxlayan, tədqiq edən və nümayiş etdirən elm-maarif müəssisəsidir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2003-cü ilə aid statistik məlumatına görə respublikamızda 140 muzey fəaliyyət göstərir. Tarix, ədəbiyyat, incəsənət, musiqi, təbiət, tibbi-səhiyyə, elm və təhsil, texnika muzeyləri və açıq-səma altında qoruq muzeylər bu cəhətdən xüsusi qrup təşkil edir.
 Respublikamızda milli, mənəvi sərvətləri özündə ehtiva edən muzeylərə dövlət qayğısı gündən-günə artır. Respublikamızın paytaxtı Bakı şəhəri qədim tarixə malikdir, burada hər küçənin, hər binanın,  hər meydanın olduqca maraqlı tarixi var.

 Bu məqsədlə 263 nömrəli tam orta məktəbin  3c sinfi və sinif müəllimi Ceyran Məmmədovanın təşkilatçılığı ilə 18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq şagirdlərimiz bir neçə muzeyə getmiş, maraqlı məlumatlar əldə etmişdir. İstirahət günündə təşkil edilmiş ekskursiyada şagirdlər Azərbaycanın qədim tarixi əşyaları ilə tanış olmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi