"Tariximizi öyrənək və vətənimizi sevək" mövzusunda dərs

 263 nömrəli tam orta məktəbin tarix müəllimi Aynurə Vəliyevanın rəhbərliyi ilə 8-d sinif şagirdi Əkbər Əlizadə 4-cü sinif şagirdlərinə "Tariximizi öyrənək və vətənimizi sevək" mövzusunda dərs tədris etdi.   Bu layihə hələ tarix fənni ilə tanış olmayan ibtidai sinif şagirdlərinin böyük marağına səbəb oldu. Azərbaycan tarixi qədim dövrdən müasir dövrədək videoçarx və şəkillər vasitəsilə şagirdlərə çatdırıldı. Daha sonra uşaqların tarixi biliklərini və dünyagörüşünü yoxlamaq məqsədilə anavord təqdim olundu. Sonda yaranmış söz Azərbaycan idi. Əkbər tarix fənnini uşaqlara sevdirməyə çalışdı və öz musiqi məharətini də göstərərək "Yaşa, Azərbaycan" musiqisini uşaqlarla birlikdə səsləndirdi. 

Dərsdə məktəbin direktoru Nurqələm Bayramova, direktor müavini Nərgiz Bədəlova və ibtidai sinif müəllimləri iştirak edirdi. Nurqələm Bayramova Əkbərin dərsi mükəmməl keçməsindən çox təsirləndiyini bildirərək ona uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi