Paralel siniflər arasında bilik yarışı

11 may tarixində 263 nömrəli tam orta məktəbdə Həsənova Aynurun təşkilatçılığı ilə paralel III, IV və V siniflər arasında bilik yarışı keçirildi. Azərbaycan dili, həyat bilgisi, riyaziyyat və məntiqdən təşkil olunmuş suallar təyin edilmiş vaxt çərçivəsində cavablandırıldı və hər komanda cavaba uyğun olaraq qiymətləndirildi. Sonda ballar hesablanaraq yüksək nəticə toplamış komandalar məktəbin direktoru Nurqələm Bayramova tərəfindən "Fəxri fərman"la təltif edildi. Nurqələm Bayramova bütün siniflərə daxil olaraq sinif rəhbərləri ilə görüşdü və şagirdləri göstərdikləri fəallığa görə təbrik etdi. Direktorun bu addımı şagirdlərdə daha da ruh yüksəkliyi yaratdı, özünə inamı artırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi