Məktəbimizdə keçirilən növbəti monitorinq

  Ötən əsrin 90-cı illərindən başlayaraq təhsil sahəsində aparılan eksperimentlərin, tətbiq olunan yeniliklərin səmərəliliyinin artırılması, nəticələrin izlənilməsi, proqnozlaşdırılması və korreksiya işlərinin vaxtında həyata keçirilməsi məqsədi ilə təhsildə monitorinq və qiymətləndirmə mexanizmi tətbiq olunmağa başlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli qərarı ilə "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" təsdiq olunmuşdur. Sənəddə müasir dövrdə şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri, əsas xüsusiyyətləri, bu sahədə mövcud olan problemlər Konsepsiyanın yaradılması üçün zəruri səbəblər, əsas qiymətləndirmə növləri, qiymətləndirmə standartlarının və vasitələrinin hazırlanması və sair məsələləri əks olunmuşdur.

  Məktəbdə şagird nailiyyətinin izlənilməsi, təhsildə keyfiyyəti daha da yüksəyə qaldırmaq məqsədi ilə mütəmadi olaraq bütün paralel siniflər arasında monitorinqlər keçirilir. 11 may 2018-ci il tarixində monitorinq rəhbəri Məmmədova Natavanın təşkilatçılığı ilə paralel 10-cu siniflər arasında monitorinq keçirildi. Monitorinqdə məktəbin direktoru Nurqələm Bayramova və direktor müavinləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi