"Refleksiv müəllim" layihəsinin fəal iştirakçısı

 Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2015-ci il tarixli 372 nömrəli qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun bazasında yaradılmışdır və onun hüquqi varisidir. İnstitut təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, təhsil işçilərinin ixtisasartırma təhsilinin məzmun standartını, modul və proqramlarını hazırlayan, təhsil işçilərinin fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən, təhsil sistemində tədris-metodik ehtiyacların müəyyənləşdirilməsi, təhsil innovasiyalarının  tətbiqi ilə bağlı praktik məsələləri, stajkeçmə və təkmilləşdirmə proqramlarının həyata keçirilməsini təmin edən əlavə təhsil müəssisəsidir. İnstitutun əsas məqsədi təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etməkdən ibarətdir.

 “Refleksiv müəllim”  layihəsində tez-tez  seminarlar keçirilir. Bu dəfəki seminarı digərlərindən fərqləndirən o idi ki, seminarın təşkil olunmasına müəllimlər özləri təşəbbüs göstərmişdilər. Oxu təlimi strategiyalarından, “Sinkveyn” və “Blum çiçəyi” metodundan istifadə olunaraq hazırlanan dərs icmalı müəllimlər və ekspertlər arasında maraqlı müzakirələrə səbəb oldu.

Sonda müəllimləri sürpriz də gözləyirdi... Ötən ildən “Refleksiv müəllim” seminarlarının fəal iştirakçısı olmuş 263 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İlahə Məmmədova Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təsis etdiyi “Refleksiv müəllim – 2017” diplomu ilə təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi