Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir

 8 may tarixində məktəbimizdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əlləzova Tamilla, ingilis dili müəllimi Qurbanova Elnarə və bütün rus dili müəllimlərinin  birlikdə təşkil etdiyi tədbirdə şagirdlər Heydər Əliyev haqqında şeirlər səsləndirdilər, rəqs etdilər, mahnılar oxudular. Tədbirdə iştirak edən tamaşaçılar Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən ekspozisiyalarla tanış oldular. Daha sonra müasir Azərbaycan dövlətinin qurulması, inkişafı, dünya dövlətləri arasında təşəkkül tapması, əsrin neft müqaviləsi, sosial sahənin inkişafı, iqtisadiyyat, mədəniyyət, təhsil siyasəti, ordu quruculuğu və s. sahələrdə xalqımızın ümummilli lideri Heydər Əliyevin gördüyü işlərdən bəhs edildi.

 Tədbirin maraqlı hissələrindən biri də ingilis dili müəllimi Qurbanova Elnarənin hazırladığı “Əsrin müqaviləsi” adlı səhnəcik oldu. Səhnəcikdə  10-cu sinif şagirdləri iştirak edirdi. 8 dövlətin nümayəndəsini təmsil edərək hər nümayəndə öz dilində nitq söylədi. Başqa dövlətin nümayəndələri Heydər Əliyevə göstərdiyi xeyirli işlərə görə təşəkkür bildirir, onun dövlət üçün etdiyi faydalı işlərdən söhbət açırdılar.

 Məktəbin direktoru Nurqələm Bayramova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqımız üçün zəngin irs qoyub getdiyini, Heydər Əliyev irsinin Azərbaycan xalqının zəngin mənəvi sərvətlər xəzinəsində xüsusi yer tutduğunu və bu irsin Azərbaycanın prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi. Azərbaycanın uğurlu gələcəyi üçün gənclərimizin də Heydər Əliyev irsini dərindən mənimsəmələrini tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi