Məktəbin həyətyanı sahəsində iməcilik, yaşıllaşdırma və ağacəkmə aksiyası keçirildi

     Planetimizdə ağaclar və bitkilər oksigenin yeganə mənbəyidir. Ona görə də, ölkəmizdə bu sahəyə ciddi fikir verilir. Ənənəyə sadiq qalaraq mayın 5-də məktəbimizin həyətyanı sahələrində iməcilik, yaşıllaşdırma və ağacəkmə aksiyası keçirilib. Məktəb rəhbərliyinin əməkdaşları ilə birgə, müəllimlər, şagirdlər, texniki işçilər də iməcilikdə iştirak ediblər. İməcilikdə məktəbin həyətyanı əraziləri alaq otlarından təmizlənərək boş ərazilərə gül və müxtəlif növ ağaclar əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara qulluq göstərilib. İməciliyin keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi