"Zəriflər zərifi, sədaqət rəmzi" adlı "Dəyirmi masa"

     30 aprel 2018-ci ildə 263 nömrəli tam orta məktəbin 3c sinfində Akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş  “Zəriflər zərifi, sədaqət rəmzi” adlı "Dəyirmi masa" keçirildi. Əvvəlcə Zərifə xanımın həyat və yaradıcılığına aid slaydlar göstərildi. Sonra uşaqlardan Aylin və Səma Zərifə xanımın şəfalı əllərinin minlərlə insana nur verdiyindən söhbət açdı və Zərifə xanıma həsr olunmuş şeirlər söylənildi.

     Anım günü sinif rəhbəri Məmmədova Ceyranın “Zərifə xanım dünyada ən xoşbəxt anadır ki, vətən üçün iki  prezident yetişdirib” sözləri ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi