Paralel 2-ci siniflər arasında bilik yarışı keçirildi

     263 nömrəli tam orta məktəbin paralel 2-ci sinifləri arasında bilik yarışı keçirildi. Yarış məktəbin informatika kabinetində təşkil edildi.  Əvvəlcə şagirdlər komandalara bölünərək  kapitanlar müəyyən edildi.  Yarış hər birində 20 sual olmaqla, 4 mərhələdə keçirildi.  Suallar Azərbaycan dili, riyaziyyat , məntiq və həyat bilgisi fənlərindən tərtib olunmuşdu.

Yarışda məktəbin 2ç sinfi I yerə, 2a sinfi II yerə, 2d sinfi isə III yerə layiq görüldü. Məktəbin  direktoru Nurqələm Bayramova yer tutan şagirdlərə uğurlar arzulayaraq təbrik etdi və onlari təltifnamə ilə mükafatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi