"Şöhrət" muzeyinə ekskursiya edildi

 Xətai rayon gənclərinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyinə ekskursiyası təşkil edilmişdir. 
 Ekskursiya çərçivəsində muzey haqqında gənclərə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, muzey ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyətinin, nəsillərə örnək olan mənalı ömür yolunun və irsinin öyrənilməsini, gələcək nəsillərə çatdırılmasını, Azərbaycan gəncliyinin Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə yaradılmışdır.
Qeyd olunmuşdur ki, "Şöhrət" muzeyində dahi şəxsiyyətin örnək ömür yolunu dolğun və ətraflı çatdıran dəyərli ekspozisiyalar şərti olaraq dörd mərhələni əhatə edir: Uşaqlıq və gənclik dövrü, Dövlət təhlükəsizlik orqanlarında işlədiyi dövr, Azərbaycana rəhbərlik etdiyi və SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu dövr, Müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrü. 
Muzeyin eksponat və stendlərində olan nadir fotoşəkillər, sənədlər, arxiv materialları, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, bütün varlığı ilə bağlı olduğu Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyimizin qorunub saxlanılması, əbədi və dönməz olması, xalqımızın tərəqqisi naminə gördüyü misilsiz işləri, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir.

Ekskursiyada məktəbimizin 8-ci sinif şagirdləri və Uşaq Birliyi rəhbəri Qəmbərova Aynur yaxından iştirak etmişlər.
Ekskursiya  zəngin təəssüratlarla yadda qalmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi