"Təbii sərvətlərimiz" mövzusunda "Açıq dərs" keçirildi

  Aprelin 26-da 263 nömrəli tam orta məktəbin 3c sinfində Həyat bilgisi fənnindən "Təbii sərvətlərimiz" mövzusunda "Açıq dərs" keçirildi. Sinif müəllimi Ceyran Məmmədova dərsin motivasiya hissəsində Rəşid Behbudovun "Azərbaycan" mahnısının sədaları altında kompüterdə hazırladığı təbii sərvətlərlə bağlı slaydı göstərdi. Sual əsasında məlum oldu ki, mövzu təbii sərvətlərdir. Uşaqlar “Torpaq”, “Dağ”, “Meşə” və “Neft” qruplarına bölündülər. Müəllim BİBÖ cədvəlindən istifadə etdi. “Torpaq” qrupunun lideri qeyd etdi ki, tükənməyən təbii sərvətlərimizdən biri torpaqdır. “Dağ” qrupunun lideri qeyd etdi ki, ən qiymətli sərvətimiz insandır. “Meşə” qrupunun lideri isə Azərbaycanda olan şəfalı bitkilərdən söz açdı. “Neft” qrupunun lideri isə neftin dövlətimiz üçün böyük gəlirlər gətirdiyini dedi. Daha sonra təbii sərvətlərə aid tapmacalar, şeirlər söylənildi.

    Qrup işindən sonra 3 şagird alma, armud və nar rollarında mahnı oxumağa başladılar. Digər uşaqlar isə mahnı sədaları altında idman etdilər. Sonra “Dərman bitkilərinin meşədə söhbəti”  səhnəciyi göstərildi. Səhnəcikdən sonra uşaqlar üzüm rəqsini etdilər. Müəllimin hazırladığı iş vərəqləri işləndikdən sonra şagirdlər suyun, havanın, torpağın haray səsini səsləndirdilər. Sonda Venn diaqramı ilə uşaqların öyrəndikləri yoxlanıldı. Qiymətləndirmə zamanı “Neft” qrupu I yerə çıxdı. Bütün qruplar alqışlandı.

     “Açıq dərs”də məktəbin direktoru Nurqələm Bayramova ilə birlikdə direktor müavini Məmmədov İlqar və digər ibtidai sinif müəllimləri də iştirak edirdi. Sonda onlar öz müsbət rəylərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi