Azərbaycan professional vokal sənətinin banisi Bülbülün xatirəsi yad edildi

    Böyük sənətkar Bülbül zəngin yaradıcılıq yolu keçmiş və özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuşdur. Onun Şərqlə Qərbin musiqi ənənələrinin qovuşuğunda novatorcasına yüksək məharətlə canlandırdığı rəngarəng obrazlar ifaçılıq sənətinin bənzərsiz nümunələridir. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün müstəsna xidmətləri vardır.

    Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün xatirəsini yad etmək üçün məktəbin 4e sinif rəhbəri Ağayeva Yeganə öz sinfi ilə birlikdə Bülbülün məzarını ziyarət etmiş, Bülbülün xatirə muzeyinə getmişlər.

    Məktəbdə də Bülbülün xatirəsinə həsr olunmuş tədbir təşkil edildi. Məktəbin direktoru Nurqələm Bayramova, direktor müavinləri, digər ibtidai sinif müəllimləri və şagirdlərin də iştirak etdiyi tədbir təqdirəlayiq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi