Bu gün Beynəlxalq Kitab Günüdür

    1995-ci ildə Barselonada toplanan Dünya Nəşriyyatlar Birliyi 23 aprelin hər il Kitab Günü kimi qeyd edilməsi təklifini irəli sürdü. Elə həmin ildə UNESCO 23 aprel tarixini Dünya Kitab Günü kimi rəsmən qəbul etdi. Əlamətdar günün məhz 23 aprel tarixində qeyd edilməsinin əsas səbəbi isə həmin gündə Servantes, Şekspir, Veqa, Nabiokov kimi digər məşhur yazarların doğum və ölüm günlərinin olmasıdır. Bu münasibətlə məktəbimizin 1e sinif şagirdləri sinif rəhbəri İlahə Məmmədovanın təşkilatçılığı ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında olmuş və kitabxananın uşaqlarda kitaba, mütaliəyə olan marağını artırmaq, təxəyyüllərini gözəl nağıllarla zənginləşdirmək məqsədilə təşkil etdiyi "Nağıl biliciləri" yarışmasının ilk mərhələsində iştirak etmişlər. Kitab sevənlər, bayramınız mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi