22 Aprel - Beynəlxalq Ana-Yer kürəsi günüdür

    Bu gün, aprelin 22-si böyük bir bayram, BMT-in himayəsi ilə bizim hamımızın doğma evi – Beynəlxalq Ana-Yer kürəsi günü (International Mother Earth Day) qeyd edilir. Bu bayram 22 aprel 2009-cu ildə BMT-in Baş Assambleyasının 63-cü sessiyasında təsis edilmiş və 2010-cu ildən başlayaraq hər il aprelin 22-si keçirilir. 22 Aprel Ana-Yer kürəsi Günü, yaz bərabərliyi günündə qeyd olunan Yer Günü kimi, planetin bütün yaşayış məskənlərində yaşayan hər bir sakinə bizim böyük ortaq evimizə minnətdarlıq etmək imkanı verir. Bu münasibətlə Məktəbin 3c sinfinin şagirdləri və sinif müəllimi Məmmədova Ceyranın təşkilatçılığı ilə şagirdlərimiz Yer kürəsi ilə bağlı şəkillər çəkib, şeirlər söylədilər.

        Gəlin biz də dünyamızı, Yer kürəmizi, öz yurdumuzu-yuvamızı qorumaqda əlimizdən gələni əsirgəməyək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi