"Oxu günü-3" layihəsi çərçivəsində kiçik kompozisiya göstərildi

     Məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Ələsgərova Nərminə və 6ç sinfinin təşkilatçılığı ilə "Oxu günü-3" tədbiri ilə əlaqədar olaraq S.S.Axundovun "Qorxulu nağıllar" silsiləsindən "Qaraca qız", "Əhməd və Məleykə" hekayələri müzakirə edildi, şagirdlər tərəfindən kiçik kompozisiya göstərildi. Əsərin səhnələşmiş təqdimatını izlədikdən sonra  şagirdlər əsər haqqında geniş məlumat verdilər. Mövzu ətrafında müzakirələrdə fəal iştirak edən şagirdlər öz fikirlərini bildirərək əsərdə mənfi obrazları, onlara məxsus xüsusiyyətləri tənqid edib insanları həyatımızda geniş yer tutan maarifçiliyə səslədilər. Yuxarı sinif şagirdləri əsəri müasir dövrlə əlaqələndirib çox maraqlı fikirlər söylədilər.

 Ümumilikdə Oxu Günü ilə əlaqədar məktəbimizdə son zamanlar bir sıra tədbirlər keçirilir. Bu tədbirlər şagirdlərdə kitablara, bədii ədəbiyyata olan marağı və sevgini daha da artırır və şagirdlər əsərdəki hadisələri, obrazları  göstərərək öyrənmiş olurlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi