"Usta Zeynal " əsəri səhnələşdirildi

     263 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Sevinc Həsənovanın təşkilatçılığı ilə 8d sinif şagirdləri "Oxu günü-3" layihəsi çərçivəsində  görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin klassik Azərbaycan ədəbiyyatının şedevr hekayələrindən biri sayılan  "Usta Zeynal" əsərini  müzakirə edərək kiçik səhnəcik göstərdilər. Məktəbin kitabxanasında təşkil edilən bu səhnəcikdə məktəbin direktoru Nurqələm xanım, direktor müavini Cəfərov Məmməd və ədəbiyyat müəllimləri iştirak etdilər. Onlar sonda səhnəcik haqqında öz fikirlərini bildirdilər, şagirdlərə müəyyən töhfələr verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi