Riyaziyyat elmlərin şahıdır

Dekabr ayı "Riyaziyyat " ayı kimi sona çatdı.Belə ki,bu ay ərzində açıq dərslər keçirildi.Şagirdlər öz bacarıqlarını göstərmək üçün divar qəzetləri və rəsmlər çəkərək siniflər arası müsabiqə təşkil etdilər."Riyaziyyat bizim üçün nədir" inşa yazılar yazdılar,referatlar hazırladılar.Ayın sonunda isə məktəbin riyaziyyat müəllimlərinin və şagirdlərin hazırladığı "Riyaziyyat bizi yalançı hisslərdən xilas edir."adlı tədbir keçirildi.Tədbirdə müəllim kollektivi, qonaqlar,şagirdlər və valideynlər iştirak etdilər.Şagirdlərin təşkil etdiyi səhnəciklər,musiqi nömrələri alqışlarla qarşılandı.Fərqlənən şagirdlər Diplom və Fəxri fərmanla mükafatlandırıldı.Məktəb rəhbəri tədbirdə əməyi olan hamını qarşıdan gələn Yeni il münasibəti ilə təbrik etdi.İllərimiz uğuru,ölkəmiz əmin-amanlıq içərsində olsun.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi