Kitabxanaya ekskursiya edildi

    A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbin  4ç sinif rəhbəri Şahbazova Leylanın təşkilatçılığı ilə həmin sinfin şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına getdilər. Şagirdləri kitabxana işçisi Könül xanım qarşıladı, onlara kitabxana haqqında geniş məlumat verdikdən sonra kitabxana ilə əyani tanışlıq oldu. Kitabxanada təşkil olunmuş kitab sərgisinə baxış keçirildi. Hər şagird öz maraq dairəsinə uyğun olaraq kitablar götürüb mütaliə etdilər. "Danışan kitab"larla, qeyri-adi formalı, panoramalı, səhifələdikcə özü oxuyan, səsli düymələrlə idarə olunan və s. kitablarla tanış oldular.

    Nağıl otağında isə Hans Xristian Andersenin eyni adlı kitabı əsasında çəkilmiş "Çirkin ördək balası" və "Düyməcik" cizgi filmlərinə baxıldı və müzakirələr keçirildi. Şagirdlərin fəallığı, hazırcavablığı kitabxana işçiləri tərəfindən bəyənildi. Şagirdlər kitabxanadan gözəl təəssüratla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi