"Mən tolerantlığı necə başa düşürəm"

Azərbaycan Respublikasının Prezidenti ,cənab İlham Əliyev "Bilik günü"ndə Bakıdakı 148 nömrəli məktəbdə söylədiyi nitqində dəyərlərdən danışarkən Azərbaycanın həm də tolerant və multikultiralizmə sadiq bir ölkə olduğunu da ayrıca qeyd etmiş,xalqımızın ,dövlətimizin bu məsələyə xüsusi bir önəm verdiyini vurğulamışdır.Bu nitqdən irəli gələn vəzifələrin icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən dekabrın 23-də Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli məktəbdə "Mən tolerantlığı necə başa düşürəm"Mövsusunda dəyirmi masa keçirilmişdir.Dəyirmi masada müxtəlif videoçarxların və slaydların müşayiəti ilə bu barədə geniş hərtərəfli söhbətlər getmiş,müəllim və şagirdlər müzakirələrdə fəal iştirak etmişlər.Bildiyiniz kimi, tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir.Cəmiyyətlərimizdə çox mürəkkəb proseslərin getdiyi bir şəraitdə,1988-ci ildə Dağlıq Qarabağ üstündə başlanmış münaqişənin respublikada sosial, siyasi vəziyyəti, o cümlədən dini vəziyyəti son dərəcə mürəkkəbləşdirdiyi bir şəraitdə olkəmizdə deyə bilərik ki,tolerantlıq tam şəkildə mövcuddur.Biz bu nəticəyə gəldik ki, ölkəmizdə, müstəqil Azərbaycanda müxtəlif millətlərə mənsub olan insanlar Azərbaycanın vətəndaşları olaraq sülh və əmin-amanlıq şəraitində yaşayır, bir-birinə hörmət bəsləyirlər. Bir dinin nümayəndələrinin digərinə, bir konfessiyanın başqasına hörmətsiz münasibət bəsləməsinə dair heç bir fakt yoxdur. Azərbaycanda müxtəlif millətlərə, müxtəlif dinlərə, müxtəlif mədəniyyətlərə mənsub olan insanların yaşaması buna sübutdur. Onlar sülh və həmrəylik şəraitində yaşayırlar, bu və ya başqa dinə, bu və ya digər mədəniyyətə, Azərbaycanda məskunlaşmış xalqların adət-ənənələrinə, mənəviyyatına dözümsüzlük göstərilməsi barədə heç bir fakt yoxdur. Bu, çox böyük nailiyyətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi