MART SOYQIRIMI İLƏ ƏLAQƏDAR "BƏDİİ QİRAƏT"

Bugün məktəbin kitabxanasında məktəbin dil ədəbiyyat müəllimi Gülüstan müəllimə Mart soyqırımı ilə əlaqədar olaraq “Bədii qiraət” təşkil etdi.Müəllimə  əvvəlcə soyqırım haqqında şagirdlərə ətraflı məlumat verdi. Daha sonra 6c sinif şagirdləri öz hazırladıqları səhnəcikləri nümayiş etdirdilər, şeirlər dedilər və soyqırım haqqında eşitdikləri, bildikləri,bir sözlə öz düşüncələrini bölüşdülər. Eyni zamanda Əli Səmədlinin “Qanlı bənövşə” əsərini bütövlükdə nəql etdilər.

Sonda Gülüstan müəllimə çıxış edərək şagirdlərə çatdırdı ki, tariximizi unutmayaq, düşmənimizi tanıyaq. Bunun üçün yaxşı oxumalı, vətənpərvər ruhda böyüməli, vətənə layiqli övlad olmalısınız. Xalqımız sizinlə fəxr edə bilsin.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi