"Bahar rəngləri" adlı sərgi

    Bugün məktəbimizin idman zalında ibtidai siniflər arasında  “Bahar rəngləri” adlı Novruz bayramına həsr olunmuş sərgi keçirildi.Məktəbin Uşaq Birliyi Rəhbəri Aynur Qəmbərovanın təşkilatçılığa ilə keçirilən sərgidə bir-birindən maraqlı əl işləri,Novruz bayramına aid olan atributlardan istifadə edərək hər sinif öz guşəsini yaratdı.

    Sərginin əsas məqsədi Azərbaycanın milli bayramı olan "Novruz”un atributlarını, ölkəmizin sənətkarlıq ənənələrini əks etdirən əl işlərini nümayiş etdirmək,şagirdlərə qədim adət-ənənələrimizi çatdırmaq idi.

         Məktəbin direktoru Nurqələm xanım sərgidə iştirak etdi və şagirdlərin hazırladıqları əl işlərinə baxdı.Sərgi haqqında Nurqələm xanım öz təəssüratlarını bildirdi. Novruz və bahar motivli rəsmləri bütövlükdə Azərbaycan məişətindən, adət-ənənələrindən gələn mədəniyyətin rənglərin dili ilə təcəssüm etdirdiyini  qeyd etdi və bildirdi ki, baharın gəlişini bildirən Novruz bayramı dostluq, bərabərlik, bərəkət bayramıdır.Bayram münasibətilə hər kəsi təbrik edib, sağlam can, bol ruzi, firavanlıq arzuladı. Bütün siniflərin əl işləri yüksək qiymətləndirildi və Fəxri Fərmanla təltif olundular.

    Şənlik Novruza xas oyunlar, milli rəqslər və milli musiqi ifaları ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi