Müsəlmanların dini bayramı

13.03.2018-ci ildə  263 nömrəli tam orta məktəbin 7ç sinfində Biologiya müəllimi Bağmanova Esmira “Müsəlmanların dini bayramı” mövzusunda açıq dərs keçirdi.Dərsin keçirilməsində əsas məqsəd ondan ibarətdir  ki,şagirdlərdə dini maariflənmənin səviyyəsi yüksəlsin.Hal-hazırda məktəblərdə müxtəlif dərsliklərin içərisində, eləcə də tarix,həyat bilgisi və ədəbiyyat dərsliklərində şagirdlərin dini biliklərinin artırılması üçün materiallar yer alır.

Esmira müəllimə şagirdlərə dini bayramlar haqqında ətraflı məlumat verdi.Onun fikirlərinə görə Əgər biz, müsəlman olaraq dinimiz  haqqında təsəvvürə malik olarıqsa, islamı olduğu kimi qəbul edəriksə, dini dünyagörüşümüz obyektiv olarsa, cəmiyyətimizdə bu istiqamətdə olan problemlərin böyük hissəsini həll edə bilərik.

Dərsdə şagirdlərin fəallığı təmin olundu.Şagirdlərin fikirləri dinlənildi.Daha sonra şagirdlər internet vasitəsilə maraqlı təqdimatlar hazırladılar.

Açıq dərsdə məktəbin direktoru Nurqələm xanım da iştirak edirdi.O dərsin gedişindən razı qalaraq minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi