Xətai Rayon İcra Hakimiyyəti başçısının məktəbimizdə sakinlərlə görüşü

   Xətai rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun  məktəbimizdə sakinlər ilə növbəti səyyar görüşü keçirildi.Razim Məmmədov bu görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışdı.

    Daha sonra görüşdə iştirak edən sakinlər  çıxış edərək ərazidə aparılan davamlı abadlıq-quruculuq işləri nəticəsində küçə və meydanların görkəminin köklü şəkildə dəyişməsindən, yaşlı sakinlər və uşaqlar üçün tikilən istirahət guşələrindən,  uşaq əyləncə meydançalarından, salınan abad həyətlərdən razılıq edərək ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.

    Görüşdə  bir sıra şikayətlər də qanunsuz küçə ticarətindən, sahibkarlar tərəfindən aparılan özbaşına, yöndəmsiz tikililər, qoyulan eybəcər “Butka”lar nəticəsində səki və yolların daralmasından, zövqsüz və yersiz reklamlardan oldu.

    Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi