"Xocalı yaddaşımızda"

Məktəbin ibtidai sinif müəllimi və 2-ci sinif şagirdləri "Xocalı faciəsinin 23-cü il dönümü ilə əlaqədar olaraq "Xocalı yaddaşımızda" tədbir hazırlamışdılar.Tədbir yüksək səviyyədə təşkil olunmuşdur.Balaca Fidanların çıxışları hər kəsi heyrətə gətirmişdir.Tədbir başlandı.Mən Xocalını görməmişəm...Cümlənin sonunu kimsə gözləmədi.Balaca Aylanın kövrək səsində "Xocalı" sözü eşidilən kimi hamı ayağa qalxdı.Faciəmizin 23-cü ildönumunün anım günündə bir dəqiqəlik sükutun ağırlığından başlar aşağı əyildi.Doğrandı dayağı,kəsildi suyu,Qan oldu bayramı,yas oldu toyu.Qarı ağ görmüşdük, ömrümüz boyu,O gün Xocalıda qar qırmızıydı.Səhnədə rollar dəyişdi,amma bir dəhşətin bir faciənin ağrısı dəyişmədi.Xəlil Toğrul qardaşları hərbi geyimdə səhnədə göründülər.Hər ikisi məktəbimizin adını daşıyan əmiləri Allahverdi Xəlilov kimi qorxmaz, mərd olacaqlarına and içdilər.Tamaşaçıların gözləriə ümid,ürəklərinə təpər gəldi.Tədbir ümidli bir sonluqla bitdi. Sonda qonaqlara söz verildi,Xətai Rayon İH-i başçısının birinci müavini Jalə Abdıyeva,Kamran İsmayılov,X,R.G.İ.İ-nin rəisi,Əfqan Rzayev,Azərbaycanın və Çeçenistanın Milli Qəhrəmanı Arif Məhərrəmov,şairə Mətanət Mətin öz ürək sözlərini söylədilər.Məktəbin direktoru Nəsimi Abbasov bir daha bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin böyük xidmətlərini bir daha yada saldı.Qeyd etdi ki,Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədi ilə işlər davam etdirilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi